Elnur Əliyev: “Heydər Əliyev Azərbaycan tarixində mühüm yer tutan şəxsiyyətlərdəndir”

Elnur Əliyev: “Heydər Əliyev Azərbaycan tarixində mühüm yer tutan şəxsiyyətlərdəndir” Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində mühüm yer tutan şəxsiyyətlərdəndir.
Biznes
22 iyun 2023 09:29
Elnur Əliyev: “Heydər Əliyev Azərbaycan tarixində mühüm yer tutan şəxsiyyətlərdəndir”
Elnur Əliyev

Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində mühüm yer tutan şəxsiyyətlərdəndir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Heydər Əliyev siyasəti Azərbaycanın dünyada özünəməxsus yerini müəyyənləşdirib: “Ulu Öndər Azərbaycanın dövlətçiliyinin əsasını təşkil edib. Heydər Əliyevin 1969-cu ildə təyin olunanda Azərbaycanın gələcək inkişafı başlayıb”.

Nazir müavini vurğulayıb ki, Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycanın rəhbəri təyin olunduğu vaxtdan ölkəmizin tərəqqi və rifah yolu başlayıb: “Onun həmin dövrdə müəyyən etdiyi Azərbaycanın gələcək inkişafının mərkəzində iqtisadiyyatı əsaslı şəkildə dəyişmək, respublikanın xammal ixracatçısından hazır məhsul istehsalçısına çevirmək, kənd təsərrüfatını dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini yüksəltmək kimi hədəflər dayanıb. Qəbul edilmiş qərarlarla respublikanın sənaye istiqamətli inkişaf etdirilməsi, iri cihazqayırma, neft, maşınqayırma müəssisələrinin yaradılmasına başlanılıb. 250-dən çox iri zavod, fabriklər inşa edilib. Azərbaycanda istehsal edilən 350 adda məhsul ixrac edilməyə başlanılıb".

E. Əliyev deyib ki, Heydər Əliyev Azərbaycanı sovet dövründə Azərbaycanı qabaqcıl respublikalardan birinə çevirib: "Bununla yanaşı, Heydər Əliyev təhsilə çox önəm verirdi. Onun üçün əsas məsələlərdən biri kadr potensialının yaradılması idi. 1993-cü ildə Heydər Əliyev Azərbaycana ikinci dəfə rəhbərliyi dövründə ölkənin tarixində keyfiyyətcə yeni mərhələ başlayıb. Qeyd etmək lazımdır ki, müstəqilliyin başlanğıcında ölkəmizdə makroiqtisadi sabitlik pozulub, inflyasiya baş verib, əhalinin istehlak malları ilə təminatında ciddi çətinliklər yaranmışdı. Keçmiş ittifaq dövlətinin iqtisadi mexanizmlərin işləməməsi, təsərrüfat əlaqələrinin pozulması səbəbindən dövlət müəssisələrinin əksəriyyəti öz fəaliyyətini dayandırıb. İqtisadi inkişafı təmin etmək məqsədilə sahibkarlar üçün əlverişli mühit yaradılmış, qanunvericilik bazasının formalaşmasına start verilib”.

Nazir müavini qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə sahibkarlığın inkişafına dair dövlət proqramları qəbul olunub, torpaq islahatı aparılıb: “Ümummilli Liderin əsasını qoyduğu milli maraqlara əsaslanan xarici siyasət kursunun uğurla həyata keçirilməsi sayəsində Azərbaycanın beynəlxalq münasibətlərdə sürətlə inkişaf edib, ölkəmizin dünyada müstəqil dövlət kimi nüfuzu artmağa başlayıb".

E. Əliyev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlar fonunda inkişaf edən Azərbaycanda iqtisadiyyatın daha da şaxələndirilməsi, enerji transformasiyası, əhalinin rifahının davamlı yüksəlməsi kimi məsələlər sosial, iqtisadi inkişaf strategiyasının əsas hədəflərindəndir: "İqtisadi və sosial rifahın yüksəldilməsində rəqabətli insan kapitalının formalaşdırılması, müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların inkişaf etdirilməsi, cəmiyyətin yüksək rəqəmsal mədəniyyətə və bacarıqlara sahib olması və innovativ texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması mühüm əhəmiyyət kəsb edir".

Son xəbərlər

Orphus sistemi