Elnur Əliyev: "Əvvəlki dövrlərdən qalmış çağırış və çətinliklərimiz var"

Elnur Əliyev: "Əvvəlki dövrlərdən qalmış çağırış və çətinliklərimiz var" "Dünyada tədarük zəncirinin pozulması nəticəsində bəzi məhsulların qiymətləri artıb, inflyasiya problemləri var".
Biznes
24 İyun , 2022 11:29
Elnur Əliyev: Əvvəlki dövrlərdən qalmış çağırış və çətinliklərimiz var
Elnur Əliyev

"Dünyada tədarük zəncirinin pozulması nəticəsində bəzi məhsulların qiymətləri artıb, inflyasiya problemləri var".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda keçirilən Azərbaycan-Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) biznes forumunda bildirib.

"Əvvəlki dövrlərdən qalmış bir neçə çağırışımız, çətinliklərimiz var. Bunlardan biri koronavirus (COVID-19) pandemiyasının təsirləri, regionda münaqişələrin mövcud olması, ərzaq təhlükəsizliyi məsələsidir. Bütün bunlar əks tədbirlər tələb edir ki, dövlət və özəl sektor arasında, ölkəmizlə beynəlxalq maliyyə qurumları arasında əlaqələr gücləndirilsin. Nəzərə alsaq ki, QDTİB-in investisiya portfeli genişdir, burda geniş əməkdaşlıq imkanları yaranır. Azərbaycanda fəaliyyət göstərən banklarla QDTİB arasında gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlıq çox böyük önəm daşıyır. Bankla İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu arasında imzalanmış sənəd çox önəmlidir", - o deyib.

Son xəbərlər

Orphus sistemi