“Azərbaycanın Türkiyə ilə iqtisadi tərəfdaşlığı üçün böyük potensialı var”.
“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov deyib.
"İki ölkə arasında iqtisadi əlaqələrimizə dair geniş müzakirələr apardıq. Hazırda iqtisadi-ticari sahədə əməkdaşlıq məmnunedici səviyyədədir və bunu gələcəkdə daha da genişləndirmək fikirindəyik. Müzakirələrdə hər iki tərəfin bu məsələlərdə maraqlı olduğu göründü. Qarşılıqlı investiya qoyuluşunun məbləği də məmnunedicidir və investisiyaların gələcəkdə daha da artırılması niyyətindəyik", - o qeyd edib.