Ələt Azad İqtisadi Zonasında icarəyə veriləcək torpaq sahələri inşaat üçün hazırdır

Ələt Azad İqtisadi Zonasında icarəyə veriləcək torpaq sahələri inşaat üçün hazırdır Bu gün Prezident İlham Əliyevin iştirakı ilə I mərhələsinin açılışı olmuş Ələt Azad İqtisadi Zonasında investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır.
Biznes
9 İyun , 2023 14:05
Ələt Azad İqtisadi Zonasında icarəyə veriləcək torpaq sahələri inşaat üçün hazırdır

Bu gün Prezident İlham Əliyevin iştirakı ilə I mərhələsinin açılışı olmuş Ələt Azad İqtisadi Zonasında investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır.

"Report" xəbər verir ki, bunu Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülmüş işlər barədə dövlət başçısına məruzəsində bildirib.

Onun sözlərinə görə, Zonanın ümumi sahəsi 850 hektardır. Buranın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. İcarəyə veriləcək torpaq sahələri inşaat üçün hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada həmçinin istifadəyə hazır ərazi-daxili, ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.

Son xəbərlər

Orphus sistemi