Elektron Kredit Platforması üzərindən 13 milyon manat kredit verilib

Elektron Kredit Platforması üzərindən 13 milyon manat kredit verilib İqtisadiyyat Nazirliyinin kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün istifadəyə verdiyi Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən indiyə qədər yeni bi
Biznes
362
6 Avqust , 2020 17:55
Elektron Kredit Platforması üzərindən 13 milyon manat kredit verilib

İqtisadiyyat Nazirliyinin kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün istifadəyə verdiyi Elektron Kredit Platforması (www.e-edf.gov.az) üzərindən indiyə qədər yeni biznes krediti sifarişi 630 milyon manat olan 2 000-dən çox müraciət daxil olub.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, artıq 98 müraciət üzrə ümumi həcmi 12,5 milyon manat olan kreditlərin ayrılması barədə qərarlar qəbul edilib. Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, sahibkarların kreditlərə çıxış imkanları genişləndirilir, sərf olunan vaxta və xərclərə qənaət olunur.

Orphus sistemi