Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib Energetika Nazirliyində elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə aparılmış islahatlarla bağlı işçi qrupunun növbəti iclası keçirilib.
Biznes
26 Sentyabr , 2019 16:25
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib

Energetika Nazirliyində elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə aparılmış islahatlarla bağlı işçi qrupunun növbəti iclası keçirilib. 

Bu barədə “Report”a Nazirlikdən bildirlib.

Məlumata görə, iclasda biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün “İcra və Kommunikasiya Planı”nda sentyabr ayı üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilib.

“Azərişıq” ASC-nin “Elektron Müraciətlərin İdarə Olunması Sistemi” (MİOS) vasitəsi ilə edilmiş müraciətlər üzrə statistik göstəricilər nəzərdən keçirilib, elektrik şəbəkəsinə qoşulma prosesinin həyata keçirilməsi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə həmçinin işçi qrupunun üzvlərinə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı (“azranking.az”) və “Rəqəmsal Təqvim” elektron sistemi barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, ölkə Prezidentinin 27 avqust 2018-ci il tarixli sərəncamı ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” haqqında Əsasnamə təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi