Ekspert: "Sərt pul-kredit siyasəti Rusiyada tənəzzülə gətirib çıxaracaq"

Ekspert: "Sərt pul-kredit siyasəti Rusiyada tənəzzülə gətirib çıxaracaq" “Qərb ölkələrindən Rusiyaya komplektləşdirici vasitələrin və avadanlıqların tədarükündə fasilələr, rublun məzənnəsinin “oynaması”, o cümlədən pul-kredit siyasətinin kəskin sərtləşdirilməsi tənəzzülə gətirib çıxaracaq”.
Biznes
7 Mart , 2022 16:47
Ekspert: Sərt pul-kredit siyasəti Rusiyada tənəzzülə gətirib çıxaracaq

“Qərb ölkələrindən Rusiyaya komplektləşdirici vasitələrin və avadanlıqların tədarükündə fasilələr, rublun məzənnəsinin “oynaması”, o cümlədən pul-kredit siyasətinin kəskin sərtləşdirilməsi tənəzzülə gətirib çıxaracaq”.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu “Uralsib Bank”ın baş iqtisadçısı Aleksey Devyatov bildirib.

“Artıq müəyyən sahələrdə (avtomobilqayırma, hava nəqliyyatı və s.) başlayan tənəzzülün ilk əlamətlərini görürük. Yaxın aylarda artıq tətbiq edilmiş sanksiyalar ləğv edilməsə, 2022-ci ildə Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) 5-7% azalacağını gözləmək olar. İqtisadiyyatdakı resessiya və inflyasiyanın sürətlənməsi fonunda əhalinin real gəlirləri də əhəmiyyətli dərəcədə azalacaq”, - deyə o, qeyd edib.

“İndi dəqiq proqnoz vermək çətindir. Çox şey sanksiyaların daha da genişləndirilib-genişləndirilməyəcəyindən asılı olacaq. O cümlədən, Rusiya karbohidrogenlərinin ixracına məhdudiyyətlər olacaqmı, əgər olacaqsa, nə cür? Rusiyanın maliyyə sektoruna qarşı artıq tətbiq olunan sanksiyalar genişləndiriləcəkmi? Əgər geosiyasi vəziyyət kəskin şəkildə yaxşılaşarsa və yaxın günlərdə sanksiyalar aradan qaldırılarsa, o zaman böyük ehtimalla resessiyadan yan qaçmaq olar”, - A.Devyatov ehtiyatla ilin sonunda iqtisadiyyatda resessiya olmayan potensial variantı təsvir edib.

“Rusiyada inflyasiya rublun məzənnəsinin zəifləməsi və Rusiyaya bir sıra mal və xidmətlərin (ilk növbədə elektronika, avtomobillər və onlar üçün ehtiyat hissələri, hava sərnişin daşımaları xidmətləri, geniş miqyasda logistika xərclərinin artması) tədarükünə qoyulan məhdudiyyətlər səbəbindən əhəmiyyətli dərəcədə artacaq. Əgər artıq tətbiq edilmiş sanksiyalar yaxın aylarda ləğv olunmasa, cari ilin sonuna kimi qiymətlərin 25-30% artması qeyri-mümkün kimi görünmür”, - ekspert 2022-ci ildə qiymət artımı ilə bağlı mümkün variantı şərh edib.

“Ortamüddətli perspektivdə Rusiya iqtisadiyyatı yeni tarazlıq tapacaq və sonra artıma qayıdacaq. Texnoloji sanksiyalar potensial artım templərinə mənfi təsir göstərə bilər, lakin bu təsir zaman keçdikcə genişlənəcək. Məni Qərb ölkələrindəki enerji keçidi də nəzərəçarpacaq dərəcədə narahat edir. Artıq tətbiq edilmiş sanksiyalar şəraitində Rusiya ÜDM-nin uzunmüddətli artım tempinin 1% civarında olacağını güman etməyə cəsarət edərdim”, - iqtisadçı potensial artım templəri ilə bağlı qiymətləndirməsini deyib.

Son xəbərlər

Orphus sistemi