Dünyada dövlət satınalmaları sistemi yenilənməlidir.
"Report " xəbər verir ki, bunu "University Collage London"un innovasiya iqtisadiyyatı və ictimai dəyər üzrə professoru Mariana Mazzucato Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BMT-nin Məskunlaşma Proqramı ilə birlikdə Bakıda keçirdiyi Ümumdünya Məskunlaşma Günü ilə bağlı forumda bildirib.
"50 il bundan əvvəlki qaydalar effekt vermir. Pandemiya dövrünü nəzərə alsaq, peyvəndlərin satın alınması prosesinə yeni qlobal strategiya tətbiq edilib", - deyə o qeyd edib.
"Satınalmalarda müxtəlif ölkələrin biliklərinin bölüşdürülməsi önəmlidir. Buna nail olmaq üçün hökümət aşağıdan yuxarıya doğru strategiyaya dəstək verməlidir. Dünyada mənzil və evlərə olan qiymətlər sahəsində tendensiya nəzərdən keçirilməlidir. Biz ev və mənzil fonduna hər bir ölkənin iqtisadi göstəricisi kimi baxırıq. Bundan başqa, görülən tədbirlər zamanı karbon qazının tullantılarının azaldılması haqqında qərarlar da nəzərə alınmalıdır. Bazardakı tələb və təkliflər də göz önündə saxlanılaraq ekspertlərin məsləhətləri dinlənilməlidir. Təbii ki bu sahədə maliyyələşdirməyə gərək var", - deyə o qeyd edib.