Ekspert: Azərbaycanda avtomobil bazarı sabitləşməyə başlayıb

Ekspert: Azərbaycanda avtomobil bazarı sabitləşməyə başlayıb Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda avtomobil bazarında ilin əvvəli ilə müqayisədə artım olsa da, artıq qiymətlər sabitləşməyə başlayıb.
Biznes
10 Mart , 2018 15:25
Ekspert: Azərbaycanda avtomobil bazarı sabitləşməyə başlayıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycanda avtomobil bazarında ilin əvvəli ilə müqayisədə artım olsa da, artıq qiymətlər sabitləşməyə başlayıb.

“Report”un verdiyi xəbərə görə, bu barədə “MBA LTD” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak eksperti Nüsrət İbrahimov məlumat verib.

“Avtomobil bazarında ilin əvvəli ilə müqayisədə qiymət artımı var. Yanvar ayında avtomobil bazarında 20% artım olub. Bu da xaricdən gətirilən avtomobillərə tətbiq edilən idxal gömrük rüsumunun artırılması ilə bağlı olub. Fevralın yekununa görə isə ayın əvvəlinə nisbətən 1,8% azalma qeydə alınıb. Yəni indi qiymətlərdə sabitləşmə gedir. 

Həm daşınmaz əmlak bazarında, həm də avtomobil bazarında qiymət artımı var. Ümumən əmlak bazarında artım az-az da olsa qaçınılmaz olacaq” - ekspert qeyd edib. 

Son xəbərlər

Orphus sistemi