Ekspert: "Azərbaycan-Türkiyə iqtisadi münasibətləri yeni mərhələyə keçir"

Ekspert: "Azərbaycan-Türkiyə iqtisadi münasibətləri yeni mərhələyə keçir" "Azərbaycan və Türkiyə Qarabağın erməni işğalından azad edilməsi zamanı bir daha "Bir millət, iki dövlət" olduğunu nümayiş etdirdi".
Biznes
22 Dekabr , 2020 12:26
Ekspert: Azərbaycan-Türkiyə iqtisadi münasibətləri yeni mərhələyə keçir

"Azərbaycan və Türkiyə Qarabağın erməni işğalından azad edilməsi zamanı bir daha "Bir millət, iki dövlət" olduğunu nümayiş etdirdi. Hərbi əməliyyatlar başa çatıb və artıq iki ölkənin iqtisadi münasibətləri yeni mərhələyə keçir".

"Report" xəbər verir ki, bunu Türkiyəli ekspert Barış Ergin bildirib.

O, xatırladıb ki, indiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 17 milyard ABŞ dollarından çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard ABŞ dollarından çox sərmayə qoyub. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni layihələrinin hesabına qarşılıqlı sərmayə qoyuluşu 3 milyard ABŞ dolları da artacaq.

"Son illər iki ölkə qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün tarixi addımlar atıb, bir sıra vacib tədbirlər, o cümlədən bu il fevralın 25-də Yüksək Səviyyəli Starteji Əməkdaşlıq Şurasının iclasını keçirib və hazırda 2 milyard ABŞ dolları dəyərində olan qarşılıqlı ticarət dövriyyəsini artırmaq üçün Preferensial Ticarət Razılaşması imzalayıb. Həm qarşılıqlı investisiyalar, həm də ticarət dövriyyəsi istənilən səviyyədə olmasa da, müstəqilliyin ilk illəri ilə müqayisədə əhəmiyyətli dərəcədə artması gələcəkdə də inkişaf meyllərinin olacağından xəbər verir.

2019-cu ildə Azərbaycan 195 ölkə ilə ticarət əməliyyatı aparıb, 122 ölkəyə ixrac, 185 ölkədən isə idxal həyata keçirib. Turizm sahəsində də fəaliyyət genişləndirilib. Ötən il dünyanın 193 ölkəsindən Azərbaycana turist gəlib. Hazırda Türkiyə ilə iqtisadi münasibətlər isə əsasən energetika sahəsinə aiddir. Azərbaycan öz neft və qazı ilə yanaşı, Xəzər dənizinin sahilində yerləşən digər ölkələrin də enerji resurslarını dünya bazarına ötürə biləcək potensiala malikdir. Bu baxımdan Türkiyə ilə birgə reallaşdırılan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum və Trans-Anadolu qaz kəmərləri layihələri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti xüsusi vurğulanmalıdır", - ekspert qeyd edib.

Son xəbərlər

Orphus sistemi