Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır

Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır Azərbaycanda vətəndaşlara əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması üçün əsasnamə ən geci yaxın 1 ay ərzində hazır olacaq.
Biznes
150
16 Yanvar , 2020 13:17
Azərbaycan vətəndaşlarına ƏDV-nin bir hissəsinin qaytarılması üçün əsasnamə hazırlanır

Azərbaycanda vətəndaşlara əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin qaytarılması üçün əsasnamə ən geci yaxın 1 ay ərzində hazır olacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini İlkin Vəliyev məlumat verib.

“Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-nə qədər ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək”, - o deyib.

Nazir müavini həmçinin 2021-ci ilə qədər bütün ictimai iaşə müəssisələrində nəzarət-kassa aparatlarının quraşdırılacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi