Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcminin nəzərəçarpacaq dərəcədə artırılması üçün mərkəzləşdirilmiş agentliklərin yaradılmasına ehtiyac var.
“Report”un məlumatına görə, bunu bu gün Bakıda “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Bakı ofisinin rəhbəri xanım İvana Duarte deyib.
Onun sözlərinə görə, bu agentliklərin köməyi ilə xarici investorlarla əlaqələr qurmaq, onları ölkə iqtisadiyyatına cəlb etmək olar: “Mərkəzi Avropa ölkələrində bu təcrübə özünü doğruldub”.