EBRD 30 ölkədə kiçik müəssisələr üçün onlayn təlim platforması yaradıb

EBRD 30 ölkədə kiçik müəssisələr üçün onlayn təlim platforması yaradıb Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) koronavirus pandemiyasının iqtisadi nəticələri ilə üzləşən mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin (MKOS) dəstəyi məqsədi ilə istifadəsi pulsuz olan onlayn təlim və məsləhət platformasını istifadəyə verir.
Biznes
1 İyun , 2020 14:12
EBRD 30 ölkədə kiçik müəssisələr üçün onlayn təlim platforması yaradıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) koronavirus pandemiyasının iqtisadi nəticələri ilə üzləşən mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin (MKOS) dəstəyi məqsədi ilə istifadəsi pulsuz olan onlayn təlim və məsləhət platformasını istifadəyə verir.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Məlumata görə, bankın “The Know How Academy” platformasında yerləşdirilən “Böhran dövründə necə…” proqramı mərkəzləşdirilmiş təlim resursudur. Bu resursa daxil olmaqla sahibkarlar təlim materialları və böhran dövründə menecmentə dair mütəxəssis məsləhətini əhatə edən praktiki dəstək əldə edib müzakirələrə qoşula biləcəklər.

Bu təlim resursu eyni zamanda, EBRD-inin sərmayə qoyduğu 30 ölkə iqtisadiyyatında dövlət və banklar tərəfindən yerli müəssisələrə verilən maliyyə dəstəyi üzrə müvafiq məlumat təqdim edəcəkdir.

Cari böhran dövründə EBRD tərəfindən müəssisələrə yönləndirilmiş genişmiqyaslı dəstəyin bir hissəsi olaraq həyata keçirilən bu proqram biznesə dair beş əsas mərhələni əhatə edəcəkdir:

1) Böhran dövründə İdarəetmə: Müştəriləriniz və təchizatçılarınız

2) Böhran dövründə İdarəetmə: Maliyyə menecmentinin əsasları

3) Böhran dövründə İdarəetmə: Biznesinizi maliyyələşdirməyin yolları

4) Böhran dövründə İdarəetmə: İşçiləriniz əsas resursunuzdur

5) Böhran dövründə İdarəetmə: İdarəetmə və liderlik problemləri.

"Böhran dövründə idarəetmə: Müştəriləriniz və təchizatçılarınız" adlı birinci modul biznesdə təchizat zənciri və nağd pul vəsaitinin idarə olunmasına dair məsləhət verəcəkdir və bu gündən etibarən istifadə oluna bilər. Digər dörd modul qısa müddət ərzində istifadəyə veriləcəkdir. Bütün resurs ərəb, ingilis, rus, ukrayna və türk dillərində mövcud olacaqdır.

Bu proqramı 30 ölkədə həyata keçirmək və bunu növbəti aylar ərzində mikro, kiçik və orta müəssisələrdə çalışan 10 000-dən çox insanın istifadəsinə vermək, təlim, bilik mübadiləsi və ekspert məsləhətlərini təqdim etmək üçün EBRD tərəfdaş banklar və biznesə dəstək qrupları ilə əməkdaşlıq edəcək.

Təşəbbüs Avropa Birliyi (o cümlədən Avropa İnvestisiya Məsləhət Mərkəzi), Qazaxıstan və EBRD-inin Kiçik Biznesə Təkan Fondu (İtaliya, Yaponiya, Koreya, Lüksemburq, İsveçrə, İsveç, ABŞ, Çin Taipei) tərəfindən maliyyələşdirilir.

“EBRD əvvələr təcrübədə olmayan bu dövrdə kiçik biznesə dəstək olmaq və çətinliklərin öhdəsindən gəlmək məqsədilə müqaviməti artırmaq və bərpa qabiliyyətini inkişaf etdirmək prinsiplərinə sadiq qalır. Şirkətinizin nə qədər böyük olmasından asılı olmayaraq, EBRD tərəfindən yaradılan təlim və məsləhət platforması sizə praktiki dəstək üçün yaradılıb", - bankın Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri İvana Duarte bildirib.

Son xəbərlər

Orphus sistemi