“eBay” şirkəti Cənubi Koreyadakı biznesini satır

“eBay” şirkəti Cənubi Koreyadakı biznesini satır Sövdələşmənin qiyməti 3,6 milyard ABŞ dolları təşkil edəcək
Biznes
16 İyun , 2021 12:11
“eBay” şirkəti Cənubi Koreyadakı biznesini satır

ABŞ-ın“eBay” şirkəti Cənubi Koreyadakı biznesini “Shinsegae Group” şirkətinə satır.

Report” “Reuters”ə istinadən xəbər verir ki, sövdələşmənin qiyməti 4 trilyon von (3,6 milyard ABŞ dolları) təşkil edəcək.

Daha əvvəl törəmə şirkətin satışı ilə bağlı danışıqlarda Cənubi Koreyanın ən böyük reteyleri olan “Lotte Shopping” şirkəti də iştirak etsə də, naməlum səbəblərdən sövdələşmə baş tutmayıb.

Agentlik qeyd edir ki, dünyada ən böyük 4-cü elektron ticarəti bazarı olan Cənubi Koreyada fəaliyyət göstərən üçüncü ən böyük şirkət “eBay”dır. Ötən il bu şirkətin bazardakı payı 12,8 % olub.

Xatırladaq ki, ABŞ-ın “eBay” şirkəti internet-auksion və internet-mağazalar sahəsində xidmətlər təqdim edir.

Son xəbərlər

Orphus sistemi