DVX: Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir

DVX: Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir Azərbaycanda ekoloji cəhətdən daha təmiz texnologiyalarının tətbiqini, iqlim hədəflərinə dəstək verən sənayələrə vergi güzəştləri kifayət qədər çoxdur.
Biznes
17 May , 2024 17:01
DVX: Azərbaycanda iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədərdir

Azərbaycanda ekoloji cəhətdən daha təmiz texnologiyalarının tətbiqini, iqlim hədəflərinə dəstək verən sənayelərə vergi güzəştləri kifayət qədər çoxdur.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva "Ambisiyaların artılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu"nda deyib.

Onun sözlərinə görə, əgər investisiya təşviq mexanizmlərinə baxsaq görərik ki, strateji investisiya layihələrinin əhatə dairəsi qanunvericilikdə bir daha təkmilləşdirilib.

"Strateji investisiya təşviqi sənədi verilən sahələrə baxsaq görərik ki, bunlar bərpa olunan enerji istehsalı, tullantıların idarə edilməsi və yenidən istifadəsini dəstəkləyən texnologiyaların tətbiqi, dəniz suyunun duzsuzlaşdırılması və dövlət-özəl tərəfdaşlığı çərçivəsində elektrik enerjisi istehsalının həyata keçirilməsidir.
Strateji investisiya layihələri üzrə sertifikat əldə edən sahibkar qüvvədə olan qanunvericiliyə görə bir sıra vergilərdən azadolma və güzəştlər əldə edir", - S. Musayeva bildirib

Son xəbərlər

Orphus sistemi