Dünya Sahibkarlıq Forumunun rəhbəri İİTKM-də olub

Dünya Sahibkarlıq Forumunun rəhbəri İİTKM-də olub Vüsal Qasımlının sözlərinə görə, yeni portal xüsusən kiçik və orta sahibkarların işini asanlaşdıracaq
Biznes
6 Dekabr , 2016 20:06
Dünya Sahibkarlıq Forumunun rəhbəri İİTKM-də olub

Bakı. 6 dekabr. REPORT.AZ/ Dünya Kiçik və Orta Sahibkarlıq Forumunun (World SME Forum) icraçı direktoru Tunc Uyanıkın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) qonağı olub. 

Bu barədə “Report”a mərkəzdən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki qurum arasındakı əməkdaşlıq, birgə layihələrin gələcək perspektivləri, həmçinin Azərbaycanda artıq yekunlaşmaq üzrə olan Strateji Yol Xəritəsində kiçik və orta sahibkarlığın inkişafına verilən önəm barədə fikir mübadiləsi aparılıb.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı Prezidentin Sərəncamı ilə yaradılan Azərbaycanda istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatları əks etdirən İnternet portal haqqında qonaqlara məlumat verib.

Portalın funksionallığını artırmaq üçün bura iri loqistik şirkətlər, ödəniş sistemləri cəlb edilib. Həmçinin dünya miqyasında önəmli yer tutan elektron ticarət portalları ilə əməkdaşlığa dair razılıq da əldə olunub.

V.Qasımlının sözlərinə görə, yeni portal xüsusən kiçik və orta sahibkarların işini asanlaşdıracaq.

“World SME Forum”unun icraçı direktoru Tunc Uyanık rəhbərlik etdiyi qurumun Azərbaycan portalı ilə əməkdaşlığa hazır olduğunu bildirib: Çünki “World SME Forum”un buna bənzər layihəsi var və onun portalla inteqrasiya imkanları böyükdür”. 

Son xəbərlər

Orphus sistemi