Dünya İqtisadi Forumu başqa şəhərdə keçiriləcək

Dünya İqtisadi Forumu başqa şəhərdə keçiriləcək 2021-ci ildə Dünya İqtisadi Forumu koronavirus pandemiyası üzündən Davosda yox, başqa yerdə keçiriləcək.
Biznes
1615
25 Sentyabr , 2020 20:37
Dünya İqtisadi Forumu başqa şəhərdə keçiriləcək

2021-ci ildə Dünya İqtisadi Forumu koronavirus pandemiyası üzündən Davosda yox, başqa yerdə keçiriləcək.

“Report” “Davoser Zeitung”a istinadən xəbər verir ki, bu barədə forumun təsisçisi və prezidenti Klaus Şvabın yaydığı məktubda bildirilir.

Belə ki, təşkilatçılar tərəfindən hazırda müzakirə olunan alternativ variantlar arasında Nidvalden kantonundakı (əyalətindəki) Burgenştok istirahət qəsəbəsinin, yaxud Tiçino kantonundakı Luqano şəhərinin adı çəkilir.

Həmçinin forumun həmişəki kimi yanvar ayında yox, yayın əvvəlində keçiriləcəyi güman edilir.

Son xəbərlər

Orphus sistemi