Dünya Bankının yeni Əlverişli Biznes Mühiti layihəsi müzakirə olunacaq

Dünya Bankının yeni Əlverişli Biznes Mühiti layihəsi müzakirə olunacaq İyunun 2-də, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası olacaq.
Biznes
27 May , 2022 17:11
Dünya Bankının yeni Əlverişli Biznes Mühiti layihəsi müzakirə olunacaq

İyunun 2-də, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası olacaq.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iclas “Webex” onlayn platforması vasitəsilə keçiriləcək.

Məlumata görə, iclasda İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planı və Dünya Bankının yeni Əlverişli Biznes Mühiti (Business Enabling Environment - BEE) layihəsi ilə əlaqədar məlumat veriləcək və müzakirələr olacaq.

Son xəbərlər

Orphus sistemi