Dünya Bankının korrupsiyaya qarşı mübarizə aparmış keçmiş prezidenti vəfat edib

Dünya Bankının korrupsiyaya qarşı mübarizə aparmış keçmiş prezidenti vəfat edib Dünya Bankının keçmiş prezidenti Ceyms Vulfenson Nyu-Yorkda 86 yaşında ölüb.
Biznes
220
26 Noyabr , 2020 05:52
Dünya Bankının korrupsiyaya qarşı mübarizə aparmış keçmiş prezidenti vəfat edib
Ceyms Vulfenson

Dünya Bankının keçmiş prezidenti Ceyms Vulfenson Nyu-Yorkda 86 yaşında dünyasını dəyişib.

“Report” xəbər verir ki, bu barədə Prinstondakı (Nyu-Cersi ştatı) Perspektivli Tədqiqatlar İnstitutunun bəyanatında deyilir.

Vulfenson Manhetten ərazisindəki evində dünyasını dəyişib. Onun oğlu Adam Vulfenson “The Washington Post” qəzetinin jurnalistinə bildirib ki, atasının ölümünə pnevmoniyadan sonrakı ağırlaşma səbəb olub.

İqtisadçı 1995-ci ildən 2005-ci ilə qədər Dünya Bankının prezidenti olub. “O, bu postda diqqəti yoxsulluğun səviyyəsinin azaldılmasına yönəldib və korrupsiya ilə mübarizədə səyləri ikiqat artırıb", - deyə Dünya Bankının hazırkı prezidenti Devid Melpasın bəyanatında deyilir. Devid Melpas qeyd edib ki, bankın əməkdaşları Vulfensona və onun xanımı, 2020-ci ilin avqustunda vəfat etmiş Eleynlə "dərin heyranlıq və ehtiram” münasibəti bəsləyiblər.

Son xəbərlər

Orphus sistemi