Dubayda at nalı formasında göydələn tikilir

Dubayda at nalı formasında göydələn tikilir Yaşayış kompleksindəki mənzillərin qiyməti 225 min ABŞ dollarından başlayacaq
Biznes
2 Sentyabr , 2017 10:55
Dubayda at nalı formasında göydələn tikilir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində at nalı formasında olacaq göydələnin tikintisinə başlanılıb.

Bu barədə “Report” “Arabian Business” nəşrinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, binanın A və B qalalarından ibarət olması nəzərdə tutulub. A qalası 19 mərtəbəli olmaqla özündə 257 studiya tipli 2 və 3 otaqdan mənzilləri, hovuz, spa və idman zallarını, uşaqlar üçün oyun meydançasını birləşdirəcək. B qalası isə 18 mərtəbəli olmaqla 90 ədəd 3, 4 və 5 otaqlı mənzildən ibarət olacaq.

Yaşayış kompleksindəki mənzillərin qiyməti 225 min ABŞ dollarından başlayacaq.

Son xəbərlər

Orphus sistemi