DTA-03 və DTA-05 ərizə formaları ilə bağlı izahedici mövqe yenilənib

DTA-03 və DTA-05 ərizə formaları ilə bağlı izahedici mövqe yenilənib Dövlət Vergi Xidməti vergi ödəyicilərindən daxil olan çoxsaylı müraciətləri nəzərə alıb
Biznes
14 Aprel , 2021 14:17
DTA-03 və DTA-05 ərizə formaları ilə bağlı izahedici mövqe yenilənib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərindən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları”na uyğun olaraq müraciət olunan DTA-03 və DTA-05 Ərizə formaları və onlara əlavə olaraq təqdim olunan sənədlərlə bağlı izahedici mövqeni yeniləyib.

Bu barədə "Report"a qurumdan bildirilib.

Məlumatda deyilir ki, izahedici mövqe bu formaların təqdim olunması ilə bağlı yaranan suallara aydınlıq gətirir.

Vergi ödəyiciləri məlumatla ətraflı şəkildə bu linkdə tanış ola bilərlər:

https://www.taxes.gov.az/uploads/2021/beynelxalq/dta_03_05_izahedici_movqe.pdf

Son xəbərlər

Orphus sistemi