DSMF Əkrəm Həsənovun şirkəti ilə 161 min manatlıq yeni müqavilə bağlayıb

DSMF Əkrəm Həsənovun şirkəti ilə 161 min manatlıq yeni müqavilə bağlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialı pensiya, sosial sığorta və sosial müavinət məsələləri ilə bağlı bütün instansiyalarda məhkəmə işləri üzrə hüquqi təmsil
Biznes
25 Oktyabr , 2021 15:29
DSMF Əkrəm Həsənovun şirkəti ilə 161 min manatlıq yeni müqavilə bağlayıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filialı pensiya, sosial sığorta və sosial müavinət məsələləri ilə bağlı bütün instansiyalarda məhkəmə işləri üzrə hüquqi təmsilçilik və dəstəyin göstərilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Əkrəm Həsənov və Partnyorları" MMC-dir.

Qalib şirkətə 160,8 min manat ödəniləcək.

Xatırladaq ki, hüquqşünas Ə.Həsənovun şirkəti ötən il də DSMF-nin bu tenderinin qalibi olub. Həmin vaxt ona 45,2 min manat ödənilmişdi.

Son xəbərlər

Orphus sistemi