Bu gün Azərbaycan
Bu barədə “Report”a DSK-dan məlumat verilib.
Görüşdə BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin (2021-2025 illərdə) hazırlanması üzrə görülmuş işlər və Azərbaycanın milli statistika sisteminin növbəti beş il ərzində inkişaf prioritetləri müzakirə olunub.

T.Budaqov milli statistika sisteminin təkmilləşdirilməsi və “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əks olunan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sahəsində Komitə tərəfindən görülən işləri diqqətə çatdırıb. DİM-in qiymətləndirilməsi üçün müvafiq statistik göstəricilərin milli səviyyədə tətbiq edilməsinin hər bir ölkə üçün vacib olduğunu qeyd edib.
Q.İsakzai bildirib ki, Azərbaycan BMT-nin fəal üzvlərindəndir. Bu gün dünyada istər qlobal, istərsə də milli səviyyədə 2030-cu ilə qədər müəyyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olunması olduqca aktualdır.

Görüşdə Dövlət Statistika Komitəsi ilə BMT arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.