Dövlət Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Dövlət Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb Görüşdə Dövlət Xidmətinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsi və menecmentə cəlb olunmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb.
Biznes
23 İyun , 2023 15:01
Dövlət Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətiində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib.

Bu barədə “Report”a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Yüksəliş” müsabiqəsinin qalibi Nərgiz Balakişiyeva ilə mentorluq proqramı davam edir. Proqram çərçivəsində Nərgiz Balakişiyeva Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə görüşüb.

Görüş zamanı Məmməd Abbasbəyli müsabiqə qalibini əldə etdiyi nailiyyət münasibətilə təbrik edib, rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Həmçinin idarəetmə bacarıqları yüksək olan perspektivli kadrların seçilməsi və menecmentə cəlb olunmasında “Yüksəliş” müsabiqəsinin əhəmiyyətini vurğulayıb.

Sonda qalibin müsabiqə barədə təəssüratları, maraq dairəsini əhatə edən mövzular və mentorluq proqramı çərçivəsində gələcək planları dinlənilib, fərdi inkişafı üçün səmərəli ola biləcək tədbirlərə dair müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi