Dövlət Vergi Xidməti yeni strategiya hazırlayıb

Dövlət Vergi Xidməti yeni strategiya hazırlayıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Biznesə başlama, vergi və hesabtlılıq sahəsində məlumatlılığın artrılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” hazırlayıb.
Biznes
116
17 Mart , 2022 17:20
Dövlət Vergi Xidməti yeni strategiya hazırlayıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Biznesə başlama, vergi və hesabtlılıq sahəsində məlumatlılığın artrılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyası” hazırlayıb.

Bu barədə “Report”a qurumdan məlumat verilib.

Məlumatda deyilir ki, ölkə prezidentinin "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılıb. Dövlət Vergi Xidməti isə Komissiyanın "Biznesə başlama, vergi və hesabatlılıq” üzrə İşçi Qrupunun fəaliyyətinə rəhbərlik edir.

İşçi qrupun fəaliyyətinin kütləvi informasiya vasitələrində daha geniş işıqlandırılması, islahatların aparıldığı sahələrdə ictimai məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi məqsədilə yeni strategiya işlənib hazırlanıb. Sənəd Dövlət Vergi Xidmətinin fəaliyyət sahəsinə aid iki istiqamət - biznesə başlama və vergilərin ödənilməsi sahələrində islahatlarla bağlıdır.

Kommunikasiya strategiyası islahatların həyata keçirildiyi sahələrdə ictimai iştirakçılığın artırılması, ekspert cəmiyyətinin cəlb olunması yolu ilə mövcud çətinliklərin həll edilməsi və mütərəqqi yeniliklərin tətbiqi, vergi ödəyicilərinin və cəmiyyətin həyata keçirilən islahatlardan məmnunluq səviyyəsinin artırılması məqsədilə həyata keçirilməli siyasətləri, yanaşmaları, addımları və tədbirlər toplusunu əhatə edir. Sənəd indiyədək həyata keçirilmiş iş planları, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

Son xəbərlər

Orphus sistemi