Dövlət Vergi Xidməti “Onlayn kargüzarlığ"ının mobil tətbiqini yaradır

Dövlət Vergi Xidməti “Onlayn kargüzarlığ"ının mobil tətbiqini yaradır İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin “Onlayn karğuzarlıq” bölməsinin mobil tətbiqinin yaradılması üçün açıq tender elan edib.
Biznes
15 Oktyabr , 2021 17:15
Dövlət Vergi Xidməti “Onlayn kargüzarlığının mobil tətbiqini yaradır
0 : 00
0 : 00

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq” bölməsinin mobil tətbiqinin yaradılması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 5-i, saat 16:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 17-si, saat 16:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi noyabrın 17-də, saat 16:00-da Portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi