Dövlət Vergi Xidməti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Vergi Xidməti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Biznes
11 Fevral , 2023 14:24
Dövlət Vergi Xidməti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.

“Report” xəbər verir ki, bu barədə DVX məlumat yayıb.

"Vergi xidməti işçilərinin peşə bayramı günü"ndə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə qızılgül dəstələri düzüblər. Görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb.

Daha sonra Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızı yad edib, məzarların üzərinə al qərənfillər düzüblər. "Əbədi Məşəl" abidə kompleksinin önünə əklil qoyulub.

Son xəbərlər

Orphus sistemi