Dövlət satınalmalarında təchizatçıların işçilərinin sayının nəzərə alınması təklif edilir

Dövlət satınalmalarında təchizatçıların işçilərinin sayının nəzərə alınması təklif edilir Azərbaycanda dövlət satınalmaları üzrə keçirilən tenderlərdə həmin layihənin neçə nəfər işçi hesabına icra ediləcəyi nəzərə alınsa, bu iqtisadi effektivliyi artıracaq.
Biznes
24 iyun 2023 08:54
Dövlət satınalmalarında təchizatçıların işçilərinin sayının nəzərə alınması təklif edilir

Azərbaycanda dövlət satınalmaları üzrə keçirilən tenderlərdə həmin layihənin neçə nəfər işçi hesabına icra ediləcəyi nəzərə alınsa, bu iqtisadi effektivliyi artıracaq.

"Report" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deputat Aydın Hüseynov deyib.

"Müəyyən edilməlidir ki, büdcə proqnozlaşdırılması dövründə büdcə təşkilatına ayrılan vəsait nominal rəqəmdir yoxsa reallığı əks etdirir? Eyni zamanda təchizatçı müəyyən prosedurlarla vəsait udubsa, bu vəsaitin tərkibində nə qədər əmək tutumunun olub-olmadığına baxılmalıdır. Bunun minimal həddi müəyyənləşdirilməlidir. O təchizatçılar qalib elan olunsun ki, orda işçilərin sayı çox olsun. Yəni bu iş neçə nəfər işçinin hesabına görüləcək, o mütləq nəzərə alınsın", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi