“Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklərə dair görüş keçirilib

“Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklərə dair görüş keçirilib “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı”na uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dəstəyi ilə İqtisadiyyat Nazi
Biznes
15 İyul , 2021 10:05
“Dövlət satınalmaları haqqında” qanuna dəyişikliklərə dair görüş keçirilib

“Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planı”na uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dəstəyi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti dövlət müəssisə və təşkilatlarının satınalmalara məsul nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirib.

Bu barədə “Report”a İİTKM-dən məlumat verilib.

Görüşdə “Dövlət satınalmaları haqqında” qanunda edilmiş dəyişikliklər iştirakçıların nəzərinə çatdırılıb. Dəyişikliklər əsasən malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi, elektron satınalma, satınalma metodlarının razılaşdırılması, tender komissiyası, tenderdə iştirak haqqı, təkliflərin açılışı, təklifin kənarlaşdırılması, təkliflərin qiymətləndirilməsi, icazələrin (razılıqların) alınması və işə başlama bildirişi, müqavilənin yuxarı orqan tərəfindən təsdiq edilməsi, satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının müddəti, təhvil-təslim aktlarının qəbulu, təkliflər sorğusu, elektron satınalma elanı (dəvəti), müqavilənin şərtlərinin dəyişdirilməsi istiqamətlərində aparılıb.

70-dən artıq iştirakçının olduğu görüşdə iştirakçıların suallarına İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi ətraflı cavab verib.

Son xəbərlər

Orphus sistemi