Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi maşın və avadanlıqların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Lotus CO" QSC-dir.
Qalib şirkətə 2 206,6 min manat ödəniləcək.
Xatırladaq ki, "Lotuc Co" nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin, inzibati binasında dövlət bayrağının əks olunması ilə bağlı elan etdiyi açıq tenderin də qalibi olub. Şirkət bunun üçün agentlikdən 35,3 min manat alıb.