Dövlət Məşğulluq Agentliyi ISO sertifikatı almaq istəyir

Dövlət Məşğulluq Agentliyi ISO sertifikatı almaq istəyir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ISO 37001: 2016 beynəlxalq standartının tələblərinə uyğunluq üzrə audit və sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı açıq tender elan edib.
Biznes
14 İyul , 2022 17:11
Dövlət Məşğulluq Agentliyi ISO sertifikatı almaq istəyir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ISO 37001: 2016 beynəlxalq standartının tələblərinə uyğunluq üzrə audit və sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 4-ü, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə avqustun 12-si, saat 15:00-a qədər qurumun Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə avqustun 15-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi