Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları artırılıb

Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları artırılıb Nazirlər Kabineti "Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”ndə dəyişikliyi təsdiq edib.
Biznes
25 iyun 2023 13:24
Dövlət Gömrük Komitəsinin xüsusi rütbəli əməkdaşlarının maaşları artırılıb

Nazirlər Kabineti "Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri”ndə dəyişikliyi təsdiq edib.

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Maliyyə Nazirliyinə tapşırılıb ki, aylıq vəzifə maaşları ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2023-cü ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.

Qərar iyunun 1-dən tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi