Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Göyçay şəhərində vətəndaşları qəbul edib.
Biznes
30 mart 2019 11:22
Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Göyçay şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Report"a Komitədən bildirilib. 

Məlumata görə, qəbulda bölgədə yerləşən Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri, əsasən, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı S.Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi