Dövlət Gömrük Komitəsinin bu il üçün İş Planı təsdiq edilib

Dövlət Gömrük Komitəsinin bu il üçün İş Planı təsdiq edilib Bu gün Dövlət Gömrük Komitəsində (DGK) videkonfrans formatında kollegiya iclası keçirilərək qurumun bu il üçün İş Planı təsdiq edilib.
Biznes
129
26 Yanvar , 2022 15:36
Dövlət Gömrük Komitəsinin bu il üçün İş Planı təsdiq edilib

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) videkonfrans formatında kollegiya iclası keçirilərək qurumun bu il üçün İş Planı təsdiq edilib.

Bu barədə "Report"a Komitədən bildirilib.

Məlumata görə, iclasda bildirilib ki, ötən il DGK 3,9 milyard manat proqnoza qarşı 4,343 milyard manat olmaqla vergi və rüsum toplayaraq dövlət büdcəsinə köçürüb və illik büdcə öhdəliyinə 111,4% əməl edib.

2021-ci ildə Azərbaycan gömrük orqanlarının əməliyyat-axtarış və hüquq-mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər nəticəsində 17144 hüquqpozma, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 55 fakt aşkar olunub. Bu faktlar üzrə hesabat ilində ümumilikdə 3 ton 43 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb.

"Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə olunması ilə əlaqədar ötən il 206 xarici ticarət iştirakçısı müraciət edib. Daxil olan müraciətlərin təhlilinin nəticəsi olaraq 33 xarici ticarət iştirakçısına ixrac, 63 xarici ticarət iştirakçısına idxal əməliyyatları üzrə, ümumilikdə 96 xarici ticarət iştirakçısına "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Hesabat ilində elektron gömrük xidmətləri sahəsində DDG-nın internet səhifəsində yeni funksional bölmələr yaradılıb, məlumatlar mütəmadi yenilənib.

2021-ci ildə "Smart Customs" mobil tətbiqinin yeni versiyası hazırlanıb, www.e.customs.gov.az portalı üzərindən göstərilən xidmətlərin sayı 13-ə çatdırılıb. Eyni zamanda e.customs.gov.az portalında təqdim edilən elektron xidmətlərdən 5-i mobil tətbiqə inteqrasiya edilib.

Sonda iclasda 2022-ci il üçün İş Planı təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi