Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir Bu gün Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərə start verilib. Şeçkilərdə 23 namizəd mübarizə aparır.
Biznes
21 Sentyabr , 2021 11:38
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilər keçirilir

Bu gün Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərə start verilib.

"Report" Komitəyə istinadən xəbər verir ki, seçkilərdə 23 namizəd mübarizə aparır.

Şuraya 13 nəfər üzv seçiləcək.

Komitə sədrinin sərəncamı ilə seçkilərinin təşkil edilməsi üçün komissiya yaradılıb. Komissiyanın 17 iyul 2021-ci tarixli qərarı ilə 27 iyuldan 23 avqusta qədər Şura üzvlüyünə namizədlər qeydiyyata alınıb. Bunlar vətəndaş cəmiyyəti institutu nümayəndələridir. Qeydiyyat prosesi yekunlaşdıqdan sonra 2 sentyabrdan 11 sentyabra qədər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda səsvermədə iştirak edəcək 277 seçicinin qeydiyyatı aparılıb.

Şuranın əsasnamənin 309-cu bəndinə əsasən, səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış şəxslər Şuranın tərkibinə seçilmiş hesab olunacaqlar.

Səsvermə bu gün saat 16:00-da bitəcək, seçkinin nəticələrinə dair yekun protokol tərtib ediləcək, onu seçki komissiyasının üzvləri imzalayacaq.

Son xəbərlər

Orphus sistemi