​Dövlət Gömrük Komitəsi sahibkarlar üçün 70% güzəşt tətbiq edib

​Dövlət Gömrük Komitəsi sahibkarlar üçün 70% güzəşt tətbiq edib Gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 manata endirilib
Biznes
215
27 Yanvar , 2016 14:04
​Dövlət Gömrük Komitəsi sahibkarlar üçün 70% güzəşt tətbiq edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi yanvarın 27-dən etibarən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı ƏDV daxil olmamaq şərti ilə 50 manata endirilib.

"Komitə Azərbaycan Prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq bu addımı atıb", - deyə DGK-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi