Dövlət Gömrük Komitəsi bir günlük gücləndirilmiş iş rejiminə keçəcək

Dövlət Gömrük Komitəsi bir günlük gücləndirilmiş iş rejiminə keçəcək Gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, xarici ticarət iştirakçılarının əlavə vaxt itkisinə məruz qalmaması məqsədilə qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək.
Biznes
569
23 İyun , 2020 13:56
Dövlət Gömrük Komitəsi bir günlük gücləndirilmiş iş rejiminə keçəcək
Dövlət Gömrük Komitəsi / Report/Elchin Murad

Gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi, xarici ticarət iştirakçılarının əlavə vaxt itkisinə məruz qalmaması məqsədilə qarşıdan gələn 26 iyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstərəcək. 

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilər.

Son xəbərlər

Orphus sistemi