Şahin Mustafayev: "Diqlas" ticarət mərkəzinin yenidən tikilməsi qərarı onun sahiblərinə aiddir"

Şahin Mustafayev: "Diqlas" ticarət mərkəzinin yenidən tikilməsi qərarı onun sahiblərinə aiddir" Bakı şəhəri, Nizami rayonunda yerləşən Diqlas ticarət mərkəzinin yenidən tikilməsi qərarı onun sahiblərinə aiddir.
Biznes
5 aprel 2019 13:18
Şahin Mustafayev: Diqlas ticarət mərkəzinin yenidən tikilməsi qərarı onun sahiblərinə aiddir

"Bakı şəhəri, Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzinin yenidən tikilməsi qərarı onun sahiblərinə aiddir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. 

O bildirib ki, binanın sökülüb, tikilməsi uzun vaxt aparır: "Buna görə sahibkarlara tövsiyə odur ki, onlara təklif edilən ticarət mərkəzlərində fəaliyyətini bərpa etsinlər".

Qeyd edək ki, martın 26-da Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospketində yerləşən “Diqlas” ticarət mərkəzi yanıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 8 ticarət mərkəzi təklif olunub.

Son xəbərlər

Orphus sistemi