Bakı. 27 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında anlaşma memorandumu imzalanıb.
"Report" xəbər verir ki, sənədi DGK-nın sədri Aydın Əliyev və UNEC-in rektoru Ədalət Muradov imzalayıb.
Memorandum ixtisaslaşdırılmış kadr potensialının artırılması məqsədi daşıyır.