DGK sədri Gürcüstan səfiri ilə görüşüb

DGK sədri Gürcüstan səfiri ilə görüşüb Bakı. 18 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb.
Biznes
18 Oktyabr , 2018 17:12
DGK sədri Gürcüstan səfiri ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 18 oktyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə görüşüb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Məlumata görə, S.Mehdiyev işgüzar və səmərəli münasibətlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, logistika və nəqliyyat sahəsindəki layihələrin uğurla icrasına münbit şərait yaratdığını deyib. Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) dəstəyi ilə “Qırmızı Körpü” gömrük-sərhəd buraxılış məntəqəsində görülən işlər, burada fəaliyyət göstərən Ticarətin Asanlaşdırılması Mərkəzi sərhədkeçmə prosesinin asanlaşmasına və təhlükəsiz şəkildə reallaşmasına imkan verəcək. 

Komitə sədri gələcəkdə iki ölkənin sərhədində inşa olunacaq və tarixi “İpək yolu”nun imkanlarını daha da genişləndirəcək yeni gömrük-sərhəd buraxılış məntəqəsindən, burada hər iki ölkənin uyğun qurumlarının birgə nəzarət mexanizmindən də danışıb, yeni layihənin həm regionda, həm də beynəlxalq sferada ilklərdən olacağını dilə gətirib.

Z.Pataradze görüşə görə təşəkkürünü bildirib və Azərbaycanla Gürcüstan arasında iqtisadi, siyasi münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini, iki ölkənin gömrük orqanları arasında işgüzar və səmərəli dialoqun da bu əlaqələrin inkişafına töhfə verdiyini söyləyib. Səfir iki ölkə arasında turizm sahəsində yeni layihələrin tətbiqinin vacibliyinə toxunub və bu istiqamətdə görüləcək işlər və atılacaq addımlar barədə məlumat verib. Azərbaycanın bütün sahələrdə daim Gürcüstanı dəstəklədiyi vurğulanıb və əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Son xəbərlər

Orphus sistemi