DGK sədri: “Gömrük orqanlarında çalışanlar ən yüksək əmək haqqı alırlar”

DGK sədri: “Gömrük orqanlarında çalışanlar ən yüksək əmək haqqı alırlar” Bakı. 30 yanvar. REPORT.AZ/ “2018-ci il Dövlət Gömrük Komitəsində islahatların yekunlaşdığı il olaraq tarixə düşəcək”.
Biznes
30 Yanvar , 2019 11:47
DGK sədri: “Gömrük orqanlarında çalışanlar ən yüksək əmək haqqı alırlar”
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev / Report
0 : 00
0 : 00

Bakı. 30 yanvar. REPORT.AZ/ “2018-ci il Dövlət Gömrük Komitəsində islahatların yekunlaşdığı il olaraq tarixə düşəcək”.

“Report”un məlumatına görə, bunu komitənin sədri Səfər Mehdiyev bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibətilə bağlı keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, ötən il gömrük sisteminin strukturu yenilənib: “Komitə polis nəzarət funksiyasından xidmət funksiyası strukturuna keçib. Kadrların düzgün seçilməsi ilə bağlı attestasiya keçirilib”.

S.Mehdiyev onu da bildirib ki, xidmətdə çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması nəticəsində gömrük əməkdaşlarının məvacibi artırılıb: “Bu gün Azərbaycan gömrük orqanlarında çalışan əməkdaşlar ən yüksək əmək haqqı alır. Gömrük sistemində şəffaflığın təmin olunması üçün gecə-gündüz fəaliyyət göstərəcəyik və dövlət başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik”.

Son xəbərlər

Orphus sistemi