Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycanda 2015-ci il ərzində gömrük orqanları tərəfindən aşkar olunmuş 8 632 gömrük qaydalarının pozulması faktları üzrə 349 hüquqi şəxs, o cümlədən 211 xarici hüquqi şəxs və 8 291 fiziki şəxs, həmçinin 4 669 xarici şəxs inzibati məsuliyyətə cəlb edilib. "Report" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev gömrük xidmətinin yaradılmasının 24-illiyi münasibəti ilə keçirilən kollegiya iclasında deyib.
S.Mehdiyevin sözlərinə görə, qeyd edilən şəxslərə ümumilikdə 1 615 172 manat həcmində cərimə tətbiq edilib və dəyəri 367 048 manat olan mal müsadirə olunub.
Qeyd edək ki, gömrük işçilərinin peşə bayramı münasibətilə DGK-nın əməkdaşları bu gün səhər Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.