DGK-nın sədri "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub

DGK-nın sədri "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub Bakı. 29 may. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin sədri (DGK) Səfər Mehdiyev Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Biznes
29 May , 2018 16:21
DGK-nın sədri Sınıq Körpü gömrük postunda mövcud vəziyyətlə tanış olub
customs.gov.az
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin sədri (DGK) Səfər Mehdiyev Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

S.Mehdiyev Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq Körpü" gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin səmərəliyi barədə DGK sədrinə ətraflı məlumat verilib.

Daha sonra Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha asan və sürətli keçidini təmin etmək, eləcə də gömrük nəzarətinin daha səmərəli təşkili üçün gömrük postunda aparılacaq yenidənqurma işlərinə dair tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi