​DGK: Malların rəsmiləşdirilməsinin gecikməsi sənədlərin çatışmazlığı ilə bağlıdır

​DGK: Malların rəsmiləşdirilməsinin gecikməsi sənədlərin çatışmazlığı ilə bağlıdır S.Mehdiyev: "Bu, sahibkarların sənədlərinin uyğunsuzluğunun nəticəsidir"
Biznes
26 Yanvar , 2016 14:28
​DGK: Malların rəsmiləşdirilməsinin gecikməsi sənədlərin çatışmazlığı ilə bağlıdır

Bakı. 26 yanvar. REPORT.AZ/ "Artıq Azərbaycanın bütün gömrük keçid məntəqələrində xarici ticarətin asanlaşdırılması və ticarət dövriyyəsinin sürətləndirilməsi ilə bağlı bir sıra ciddi işlər görülüb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin I müavini Səfər Mehdiyev deyib.

S.Mehdiyev bildirib ki, gömrük orqanlarında gömrük rəsmiləşdirilməsi prosesinin gecikdirilməsi sahibkarların sənədlərinin uyğunsuzluğunun nəticəsidir: "Əgər əvvəllər "bir pəncərə" prinsipi tətdbiq olunmadan nəqliyyat vasitələri sərhəd keçid məntəqələrindən 1 saat 45 dəqiqəyə keçirdisə, indi artıq bu 10-15 dəqiqə çəkir. Gömrük orqanlarında malların rəsmiləşdirilməsinin gecikməsi gömrük xidməti ilə bağlı olan məsələ deyil. Bu sadəcə bəzi iş adamlarının sənədlərində çatışmazlıq və bundan irəli gələn məsələlərin araşdırılması ilə bağlıdır. Əgər tələb edilən sənədlər vaxtında təqdim edilərsə, o zaman həmin rəsmiləşdirilmə də vaxtında həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi