DGK: İri şirkətlər arasında yalnız BP ölkəyə gətirdiyi malları əvvəlcədən bəyan edir

DGK: İri şirkətlər arasında yalnız BP ölkəyə gətirdiyi malları əvvəlcədən bəyan edir Bakı. 14 may. REPORT.AZ/ Azərbaycana mal gətirənlər sərhəd keçid məntəqələrində çox gözləməmək üçün həmin yükü əvvəlcədən bəyan etməlidirlər.
Biznes
14 May , 2018 16:33
DGK: İri şirkətlər arasında yalnız BP ölkəyə gətirdiyi malları əvvəlcədən bəyan edir
Report
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycana mal gətirənlər sərhəd keçid məntəqələrində çox gözləməmək üçün həmin yükü əvvəlcədən bəyan etməlidirlər. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Gömrük orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılıq" tədbirində çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev deyib.

Onun sözlərinə görə, əksər şirkətlər yüklərini əvvəlcədən bəyan etmirlər: "Təəssüf ki, bu gün iri şirkətlər arasında BP-dən başqa heç bir şirkət bu qaydaya əməl etmir”.

DGK rəsmisi bunun mümkün səbəblərini də açıqlayıb: “İlkin səbəb inamsızlıqdan irəli gəlir. Digər məsələ isə gömrük orqanları ilə işləmək potensialının aşağı olmasından irəli gəlir. Bu gün əksər şirkətlərdə gömrük orqanları ilə işləyən hansısa struktur - bölmə yoxdur”.

Son xəbərlər

Orphus sistemi