DGK-da "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı növbəti seminar keçirilib

DGK-da "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi ilə bağlı növbəti seminar keçirilib Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Yaşıl dəhliz buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması qaydası və gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsilə bağlı növbəti seminar keçirilib.
Biznes
25 Yanvar , 2019 18:00
DGK-da Yaşıl dəhliz buraxılış sisteminin tətbiqi ilə bağlı növbəti seminar keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsində (DGK) "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsinə dair müraciət formasının doldurulması qaydası və gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsilə bağlı növbəti seminar keçirilib.

Komitədən “Report”a verilən məlumata görə, tədbirdə DGK sədrinin müavinləri, Baş İdarə rəisləri, Komitənin aidiyyəti struktur bölmələrinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri və gömrük təmsilçiləri iştirak ediblər.

DGK sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası" ilə bağlı fərmanına əsasən, bu il fevralın 1-dən sistemin tam tətbiqinə başlanacaq.

Komitə sədrinin birinci müavini qeyd edib ki, "Yaşıl dəhliz" buraxılış sisteminin istifadəyə verilməsi biznesin inkişafında, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsində, könüllü riayət mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynayacaq. Sistemin qanunvericiliyə uyğun şəkildə tətbiqi üçün bu günədək Dövlət Gömrük Komitəsi tərəfindən çoxsaylı seminarlar, təlimlər təşkil edildiyini deyən İ. Hüseynov vurğulayıb ki, aparılan maarifləndirmə işlərinin əsas məqsədi sistemin uğurla reallaşdırılmasına nail olmaqdır.

Seminarda DGK-nın mütəxəssisləri "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydaları barədə təqdimatla çıxış ediblər.

Daha sonra "Gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin təqdim edilməsi" ilə bağlı maarifləndirici videoçarx nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi