DGK Azərbaycana siqaretlərin gətirilməsini məhdudlaşdırmaq istəyir

DGK Azərbaycana siqaretlərin gətirilməsini məhdudlaşdırmaq istəyir Fiziki şəxslərin sərhəddən siqaretlərin keçirilməsi qaydalarına dəyişiklik təklif olunur
Biznes
19 Yanvar , 2018 12:14
DGK Azərbaycana siqaretlərin gətirilməsini məhdudlaşdırmaq istəyir

Bakı. 19 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) fiziki şəxslərin sərhəddən siqaretin keçirilməsi qaydaları ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsini istəyir. 

Bunu "Report"un sualına cavab verən DGK sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, komitə bununla bağlı müvafiq təklifi parlamentə təqdim edəcək: "Hazırda bir ayda hər bir şəxs 3 blok siqaret keçirə bilər. Biz bunun 1 bloka (10 qutu) salınmasını istəyirik. Düşünürəm ki, təklif qəbul olunsa, bu, siqaret qaçaqmalçılığına qarşı mübarizəyə effektiv təsir edəcək".

DGK sədri sərhədlərin açıq olması, vizasız rejimin tətbiqi kimi amillərin komitənin fəaliyyətini çətinləşdirdiyini deyib: "Türkiyə tərəfi İraqla sərhəddə bunun unikal həllini tapıb. Quru sərhədi keçən şəxs ən azı 2-3 gün həmin ölkədə qalmalıdır".

Son xəbərlər

Orphus sistemi