DGK: "Astara sərhəd keçid məntəqəsində sıxlıq İran tərəfindəki problemlərdən qaynaqlanır"

DGK: "Astara sərhəd keçid məntəqəsində sıxlıq İran tərəfindəki problemlərdən qaynaqlanır" Astara gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və İrandan Azərbaycana son on gündə əvvəlki günlərlə müqayisədə daha çox yük nəqliyyat vasitəsinin keçidi təmin olunub.
Biznes
19 Oktyabr , 2021 12:48
DGK: Astara sərhəd keçid məntəqəsində sıxlıq İran tərəfindəki problemlərdən qaynaqlanır

Astara gömrük-sərhəd keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir və İrandan Azərbaycana son on gündə əvvəlki günlərlə müqayisədə daha çox yük nəqliyyat vasitəsinin keçidi təmin olunub.

Bu barədə "Report"  Azərbaycan Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinə istinadən xəbər verir.

"Ötən gün bəzi kütləvi informasiya vasitələrində İran-Rusiya birgə Ticari Palatasının direktorlar şurasının üzvü Seyid Cəlalifərin verdiyi açıqlamaya istinadən Astara gömrük-sərhəd keçid məntəqəsinin İran tərəfində böyük sıxlığın yarandığı barədə məlumatlar yayılıb və bunu guya Azərbaycan tərəfinin İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda qəsdən etdiyi vurğulanıb. Bu kimi məlumatlar əsassızdır və həqiqətə uyğun deyil", - məlumatda deyilir.

Belə ki, oktyabrın 15-dən 16-na qədər 10 saat ərzində İran tərəfində kompüter sistemində yaranan nasazlıq və bu müddət ərzində yük avtomobillərinin keçidinin təmin edilməməsi, eləcə də İranın Astara şəhərində meyvə-tərəvəz anbarlarında yükləmə-boşaltma əməliyyatlarında mövcud olan uzun növbələr sıxlığın yaranmasına səbəb olub.

"İran tərəfindəki problemlərdən qaynaqlanan sıxlıqda Azərbaycanı günahlandırmaq və buna siyasi don geyindirmək yolverilməzdir və təəssüf doğurur", - DGK bildirir.

Son xəbərlər

Orphus sistemi