"Xaricdə yaşayan həmvətənlərimizi Qarabağa və Şərqi Zəngəzura investisiya qoymağa çağırıram".
“Report” xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, unutmasınlar ki, bu bir tərəfdən biznes, digər tərəfdən isə işğaldan azad edilmiş torpaqlar üzərində suverenliyimizin təmin olunmasına töhfədir:
"Dövlət başçımızın bu məsələdə həssaslığı, imzaladığı sərəncam və verdiyi tapşırıqlar, mikro, kiçik və orta sahibkarlığın inkişafı, dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihələri şərait yaradır ki, Qarabağa investiya qoyanlar heç bir bürokratik əngəllə qarşılaşmayacaqlar".