Deputat: "Azərbaycanda daha bir neçə bankın birləşməsi və bağlanması gözlənilir"

Deputat: "Azərbaycanda daha bir neçə bankın birləşməsi və bağlanması gözlənilir" Elmira Axundovanın sözlərinə görə, hazırda xaricdən ölkəyə orijinal dərmanların ucuz əvəzediciləri gətirilir
Biznes
17 Mart , 2017 13:22
Deputat: Azərbaycanda daha bir neçə bankın birləşməsi və bağlanması gözlənilir

Bakı.17 mart. REPORT.AZ/ "Son məlumatlara əsasən, daha bir neçə bankın birləşdirilməsi və bağlanması gözlənilir".

"Report"un verdiyi xəbərə görə, bu barədə hökumətin ötən ilki hesabatının parlamentdə müzakirəsi zamanı deputat Elmira Axundova bildirib: "Kredit faizləri aşağı salınmalı, əhaliyə köməklik göstərilməlidir. Bu sahədə ciddi və düşünülmüş siyasətin aparılması vacibdir".

"Ötən il bank sistemində xoşagəlməz proseslər getdi, artıq banklara inam azalıb. Banklar bağlandı və həmin banklardakı işçilər işsiz qaldı, kreditləri olan əhali əziyyət çəkdi. İnsanlar banklarla üz-üzə qaldı. Əhali banklardan vəsaitlərini kütləvi şəkildə geri götürdü", - deyə millət vəkili vurğulayıb.

E.Axundova bildirib ki, dərman qiymətləri aşağı düşəndən sonra bəzi dərmanların orijinalı satışdan yoxa çıxıb: "Hindistan, Türkiyə, Çindən onların əvəzedicisi olan ucuz dərmanlar gətirilir. Bu məsələ ciddi araşdırılmalıdır".

Son xəbərlər

Orphus sistemi